Culfada ailə təsərrüfatı məhsulları festivalı keçirilib  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki Culfa şəhərində keçirilən festivalda rayonun 23 yaşayış  məntəqəsindən 30-a yaxın ailə təsərrüfatı sahibləri iştirak edib.

Tədbirdə daxili bazarın yerli, keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında ailə təsərrüfatlarının rolu qeyd edilib. Vurğulanıb ki, ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin, ailə təsərrüfatlarının yaradılmasına göstərilən hərtərəfli dövlət qayğısının əyani göstəricisi kimi bu gün Culfa şəhərində ailə təsərrüfatı məhsulları festivalı keçirilir. 

Festivalda rayonun kəndlərindən 30-a yaxın ailə təsərrüfatı tərəfindən 128 adda 1320 qablaşdırılmış kənd təsərrüfatı məhsulları nümayiş olunub. Mövsümə uyğun olaraq müxtəlif növ mürəbbə və şirniyyatlar, meyvə araqları, pendir, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, yumurta, dərman bitkiləri və digər məhsullar iştirakçılara təqdim olunub.

Festival boyu Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” ansamblının ifasında səslənən bir-birindən gözəl musiqi nömrələri iştirakçılarda böyük maraq doğurub.

Cavid Səfərli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: