Ceyhun Cəlilov: "İşsizlikdən sığorta fondu tərəfindən işsiz vətəndaşların işə qəbul edilməsi üçün bir sıra güzəştlər tətbiq ediləcək"

A- A A+

NUHÇIXAN xəbər verir ki, bunu Ali Məclisin növbədənkənar sessiyasında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı aparılan müzakirələr zamanı deputatların suallarını cavablandırarkən deyib. 

Nazir qeyd edib ki, işsiz vətəndaşlar işə qəbul edilərkən 1 il ərzində əməkhaqqının 50 faizi fond tərəfindən ödəniləcək. Bu da sahibkarların daha çox işçi qəbul etməsinə dəstək olacaq. Bununla bağlı işəgötürənlərin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: