Aidə Cəlilzadə: "Əvvəl Ali Məclisin nəzdində 6 komitə fəaliyyət göstərirdisə, yeni dəyişikliyə əsasən 4 komitə fəaliyyət göstərəcək" - VİDEO
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə deyib.
O bildirib ki, bu gün keçirilən növbədənkənar sessiya mahiyyətinə görə mövcud qanunvericilikdə Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılmış yeni modellərin əlavə olunması, qanunda dəyişiklik olunması, ümumilikdə Naxçıvan Muxtar Respublikası qanunvericiliyinin Azərbaycan Respublikası qanunvericiliyi ilə təzad təşkil edən və yaxud əlavəyə ehtiyacı olan qanunlara yeniliklər əlavə olundu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə hesabatlarla bağlı müzakirələr keçirildi, deputatların sualları cavablandırıldı. Digər mühüm məsələ o idi ki, komitələrin yeni tərkibdə həm say olaraq, həm də komitə tərkiblərində say olaraq yeni dəyişikliklər edildi. Belə ki, əvvəl Ali Məclisin nəzdində 6 komitə fəaliyyət göstərirdisə, yeni dəyişikliyə əsasən hüquq, iqtisadi, sosial və humanitar siyasət komitələri olmaqla, hər komitə minimum 10 deputatdan ibarət olmaqla, 4 sayda komitəyə endirildi. Deputatların etik davranış kodeksinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi baxımdan da qanunvericilikdə yeniliklərin qəbul edilməsi və müzakirəyə çıxarılması məsələlərinə toxunuldu. Mahiyyət etibarilə bugünkü növbədənkənar sessiyanı məhsuldar hesab edirik və bütün deputatlara fəaliyyətində uğurlar arzu edirik. Yekunda isə Ali Məclis Sədrinin əvəzedicisi, birinci müavini tərəfindən ölkəmizdə baş verən mövcud siyasi proseslərə münasibət bildirildi. Laçın yolunun bağlanması və Ermənistanın növbəti təxribatları ilə bağlı müraciəti qəbul olundu və istər qanuni, istərsə də ictimai, humanitar səviyyədə ölkə siyasətinə dəstək olmaq məqsədilə bütün muxtar respublika ictimaiyyəti aktiv fəaliyyətə keçməyə səsləndi.