MƏNİM HÜRR DİLİM

A- A A+

Millətin güzgüsü, millətin adı,

Onun ana dili, ana nəfəsi.

Keçmişim, bu günüm, gələcəyimdir,

Anamın nəğməsi, anamın səsi.

 

Yadlar zaman- zaman aman vermədi,

Zəncirlər vuruldu şirin dilimə.

Acılar sarsa da dörd bir yanını,

Bir xələl gəlmədi şirinliyinə.

 

Keçdi sınaqlardan, keçdi üzüağ,

Güldü taleyinə zaman gərdişi,

Mən ana deyəndə gülür gözlərim,

Yadların dilimlə olmasın işi!!!

 

Şirindir deyirlər, baldı deyirlər,

Dadı danışanın dilində qalır.

Dilimin mənşəyi, dilimin kökü

Bəzən naşıların əlində qalır.

 

Birliyidir milyonlarla insanın,

Mənim Araz dilim, mənim Kür dilim.

Bütöv adı anam Azərbaycanın,

Mənim nəğmə dilim, mənim hürr dilim.

                                            Təranə Arifqızı

                                             1 avqust 2023

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: