İlk “3D” çap edilmiş elektrik motosiklet təqdim olunub - VİDEO - VİDEO
Almaniyanın "BigRep" şirkəti üçölçülü printerdə çap edilən "Nera" adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib. NUHÇIXAN "Popmech" resursuna istinadən xəbər verir ki, şirkət nəzdində fəaliyyət göstərən "Nowlab" laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir. Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə "3D" çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar. Bu, dünyada "3D" printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir və hazırda onun seriyalı istehsalı barədə məlumat verilmir.