Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.
Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın göstərir.
Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi...
NUHÇIXAN “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.
Naxçıvanda yaz, yay, payız aylarında müxtəlif ərzaq məhsulları qışda istifadə etmək üçün tədarük edilir (duzlanır, qurudulur və s).
Bu gün sizi qış tədarüklərindən olan “Qovurmalı bulamac” ın hazırlanma qaydası ilə tanış edəcəyik.
Qovurmalı bulamac
Adətən, bu yemək qışda hazırlanır, un tavada qovrulur, qovurma ilə soğan qızardılır, sonra qızardılmış un əlavə olunur, yağ-soğanla tovlanır, duz, istiot, sarıkök vurulur, qaynar su üstünə tökülüb sıyıq halına gətirilir.
Ərzaq: 3-4 tikə qovurma, 1 ədəd iri baş soğan, 100 qr un, duz, istiot, sa- nkök, 2-2,5 st. qaynar su. (2 nəfər üçün)
Bulamaj with govurma
is usually cooked in winter, flour is roasted in pan, onion is roasted with govurma, the roasted flour is added,mixed, salt, pepper, yellow ginger is added, hot water is added made as thin as porridge.
Ingredients: govurma -3-4 chunks, one big bulb onion, flour of 100 gr, salt pepper, yellow ginger, hot water of 2 - 2.5 glasses. (for 2 persons