NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun müxtəlif kəndlərində indiyədək 2 min 736 hektara buğda və arpa toxumu səpilib. Əkilən sahələrin əksəriyyəti suvarılıb.
Havaların səpin üçün əlverişli keçməsi kəndlərdə payız şumunu və taxıl əkinini sürətlə, aqrotexniki tələblərə uyğun davam etdirməyə imkan yaradır.
“Şərqin səhəri” qəzeti