Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2023-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Əməliyyat Şurasının iclası keçirilmişdir. İclasda 2023-cü ilin altı ayı ərzində görülmüş işlər və cəzaçəkmə müəssisələrində sabitliyin qorunub saxlanılması istiqamətində görülən tədbirlər, eyni zamanda əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi barədə görülən işlər müzakirə olunub.
Əməliyyat Şurasına sədrlik edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov xidmətdə qarşıya qoyulan vəzifələrin düzgün və vaxtında yerinə yetirilməsi istiqamətində tapşırıqlar verib. Bildirib ki, hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulması işi diqqətdə saxlanılmalı, məhkumların asudə vaxtlarından səmərəli istifadə olunması, məntəqə tipli cəzaçəkmə müəssisəsində daha çox məhkumun işlə təmin olunması və peşə kurslarının açılması işi nəzarətdə saxlanılmalı, əməliyyat sahəsində iş gücləndirilməlidir.