Təxmini məlumatlara görə, işğal dövründə Topxana meşəsindən 2 min ədəddən çox palıd və digər qiymətli ağac kəsilərək Ermənistana daşınıb.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, hazırda Topxana meşəsinin bitki örtüyü, heyvanat aləmi yenidən tədqiq olunur.