Çoxlu nar yeyin ki, sağlamlığınızdan şikayətçi olmayasınız

A- A A+

Mahnılarımızda və nağıllarımızda gözəllik və sədaqət rəmzi kimi vəsf edilən nar həm də tarix boyu etibarlı sağlamlıq mənbəyi kimi bir çox xəstəliklərin dərmanı hesab olunub. Tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, S, B1, B2 vitaminləri ilə zəngin olan nar bir sıra xəstəliklərin dərmanıdır:

– qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqa­nizmi xərçəng xəstəliyindən  qoruyur;

– qan təzyiqini aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiy­yətlərinə görə ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur;

– bədəni və ürəyi qüvvətləndirir. Ürəyin ən gözəl dərmanı bir fincan nar şirəsidir;

– qabıqlarından dəmlənən çay ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır;

 – hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur;

– tərkibində xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malik antioksidantlar var. Bu maddənin nardakı miqdarı qırmızı şərab, yaşıl çay, portağal şirəsi ilə müqayisədə üç dəfə çoxdur;

– şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır;

– boğaza, ağciyərə faydalıdır, öskürəyi kəsir;

– dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmdən istifadə edilməsi məsləhət görülür;

– nar dəri üçün də faydalıdır;

– gözdəki sarılığı aradan qaldırmaq üçün narın içindəki ətli hissə ilə birlikdə suyu çıxarılır və bir qədər bal ilə qarışdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəm sürmə kimi gözə çəkilir;

– diş ətinin iltihabı zamanı, həmçinin diş çürümələrində nar suyundan istifadə etmək məsləhət görülür.

– narın şirəsi qanyaradıcı, təzyiqsalıcı, enerciverici xassəyə malikdir.

Çoxlu nar yeyin ki, əhval-ruhiyyəniz həmişə yaxşı olsun və sağlamlığınızdan şikayətçi olmayasınız.

 

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: