Şərur rayonunun Maxta kəndində baş verən yanğının genişlənməsinin qarşısı alınıb

A- A A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Maxta kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus həyətyanı sahədə quru ot, kol-kos və oduncaq tullantılarının yandığı və yanğının yaxınlıqdakı evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 600 m² sahədə quru ot, kol-kos və oduncaq tullantıları yanıb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: