Naxçıvan şəhərinin bir çox ünvanlarında abadlıq və quruculuq işləri görülür - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində abadlaşdırma işləri görülür. Belə ki, Heydər Əliyev 8 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının ətrafı abadlaşdırılır, 530 kvadratmetr ərazidə yerə dekorativ daş döşənir, yararsız pilləkənlər yenisi ilə əvəzlənir. 400 kvadratmetr sahədə isə yaşıllıq zolaqlarının salınması üçün bardürlər dəyişdirilir, su xətləri çəkilir.
Seyid Cəfər Pişəvəri küçəsində yeni salınan parkda da tikinti işləri sürətlə davam etdirilir. 1700 kvadratmetr sahəni əhatə edən parkda işıqlandırma sistemi quraşdırılır, su xətləri çəkilir, yaşıllıqların salınması üçün lazımi tədbirlər görülür.
Naxçıvan şəhəri Əlincə məhəlləsindəki 5 nömrəli köhnə yaşayış binalasının təməli möhkəmləndirilir, təmir-bərpa işləri aparılır, müasir kommunal şərait yaradılmaqla fasadları da yenilənir
Babək məhəlləsində də kompleks quruculuq işləri aparılır. Binaların dam örtüyü, qapı və pəncərələr yenilənir, fasadına yeni görkəm verilir. Bundan əlavə yaşayış binalarının ətrafı da abadlaşdırılır.