Şərur rayonunun Ələkli kəndində "Şəhidlər” məscidi tikilir - VİDEO
Şərur rayonunun Ələkli kəndində sakinlərin təşəbbüsü və vəsaiti hesabına “Şəhidlər” məscidi tikilir. Bu gün məscidin təməlqoyma mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sadiq Qurbanov, Bakıda fəaliyyət göstərən Ələkli Kənd Cəmiyyətinin sədri Mübariz Həsənov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov qeyd ediblər ki, 44 günlük Vətən Müharibəsində Muxtar Republikamızın hər yeində olduğu kimi, Ələkli kəndinin də mərd oğulları iştirak edib, şücaət göstəriblər. Şəhid mayor İlkin Rzayev, şəhid baş leytenant Adil İbrahimli, şəhid leytenant Elton Qənbərli, şəhid leytenant Rauf Qurbanov, şəhid müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sərxan Salahov zəfərimiz uröunda mətnliklə döyüşüb, ən ali zirvəyə-şəhidlik zirvəsinə ucalıblar. Bu gün onların xatirəsi əziz tutulur, igid vətən oğullarının keçdiyi döyüş yolu gənc nəslə təbliğ edilir. Bildirilib ki, şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq kənd sakinlərinin təşəbbüsü və öz vəsaiti hesabına kənddə “Şəhidlər” məscidi inşa olunur. Buna kəndin Naxçıvandan kənarda yaşayan xeyirxah insanları da köməklik göstərirlər.
Tədbirdə şəhid valideynləri, ziyalılar və digər çıxış edənlər də 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, şəhidlərimizn keçdiyi şərəfli döyüş yolundan bəhs edib, öz xatirələrini bölüşüblər.
Ələkli kənd tam orta məktəbinin şagirdləri şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonra Qurani Kərimdən ayələr oxunub, şəhidlərimizn ruhuna dualar edilib.
Şəhid valideynlərinin iştirakı ilə “Şəhidlər” məscidinin təməli qoyulub
Qeyd edək ki, məscidin ümumi sahəsi 170 kvadratmetrdir. Burada kişilər üçün 70, qadınlar üçün 30 nəfərlik zallar nəzərdə tutulub. Eyni zamanda məsciddə 100 nəfər rahat ibadət edə biləcək. Burada hər cür muasir şərait yaradılacaq.
Qeyd edək ki, məscidin tikintisi üçün ilkin mərhələdə 50 min manat vəsait ayrılıb.
Turab Hacızadə