Talıbovların geri dönüş XƏYALLARI - Vasif Talıbov itmiş nüfuzunu “TikTok”da tapmağa ÇALIŞIR - VİDEO

A- A A+

Gözləmək olardı ki, dövlətə milyardlarla manat ziyan vuran, minlərlə naxçıvanlını ölkədən didərgin salıb İstanbul küçələrində qula çevirən Vasif Talıbov vəzifədən getdikdən sonra nəvələrini oynadacaq, heç olmasa 1 qram özünə hörmət qoyub adam içinə çıxmayacaq. Görünən odur ki, Talıbov artıq bir neçə aydır sosial şəbəkələrdə özünün PR-na ciddi sərmayə qoyaraq geri dönüş etmək eşqinə düşüb:

Yerlə sürünən “nüfuzunu” zibilin içindən çıxarıb camaata qarpız yerinə yenidən yedizdirmək istəyir. Bu işdə isə ona dövlətdən oğurladığı milyardlar və yaxın qohum-əqrəbası yardımçı olur. Onlardan biri də qardaşı oğlu Vüqar Talıbovdur (Bilən bilir ki, bunlar necə savadsız və yaramaz adamlardı. Sadəcə, hər biri Vasifə görə Naxçıvanda vəzifə tutub ağalıq edirdilər).

Müftə və haram yeməyə öyrəşən bu yabanı toplum ayrı-ayrı sadə adamları pulla ələ alaraq onlara Vasif Talıbovun yenidən əvvəlki postuna qayıdışı ilə bağlı tiktoklar çəkdirirlər. Vüqarın paylaşdığı son videoda vətəndaş Prezidentə müraciət edərək deyir ki, Vasif Talıbov istefa verəndən sonra 7-8 aydır ki, Naxçıvan əhalisi əziyyət çəkir.

Naxçıvanda sivil idarəçiliyin və şəffaflığın təmin edildiyi, yüzlərlə investorun Naxçıvana sərmayə qoyduğu bu günlərdə, görəsən, quldur tayfa rejimi hansı naxçıvanlıya lazımdır? Və bir də bilən bilir ki, Talıbov rejimi Naxçıvanı elə günə qoyub ki, onu 3-5 aya dirçəltmək mümkünsüzdür, bütün istehsal və xidmət sahələri belə bir tayfanın əlində olub.

Onlar, görəsən, niyə dövlət başçısına müraciət edib hazırda Vasif və Seymur Talıbovların büdcədən oğurladıqları yüz milyonlarla manata görə həbsdə olan Hicran Rüstəmovun, Mənsur Əsgərovun, Rəfail Əliyevin azad edilməsini xahiş etmirlər?! Nədir, bəyəm, onların ailə-uşaqları boynu sağa sola dönməyən Seymurdan kəmdirlər?

Bir fakt: təkcə bu ilin 6 ayında Naxçıvanın vergi və gömrük orqanları büdcəyə ötən ilkindən 100 milyon manatdan çox vəsait toplayıb. Əslində, əvvəlcə də bu vəsait toplanırdı, sadəcə, büdcəyə yox, talıbovların cibinə gedirdi. İndi baxın, tək 2 dövlət orqanının əli ilə bir ilə 200 milyon oğurlayan oğru toplum, yenidən hakimiyyətə qayıdıb quldurluğuna davam etmək, naxçıvanlıların haqqına girmək istəyir. Açığı, 25 il Ali Məclisin sədri işləyən bir adamın tiktoker olacağını proqnozlaşdırmaq çətin idi.

Nə deyək, həyatdır, bu da oldu. Suda boğulan mütləq saman çöpündən yapışmalıdır da...

stimulxeber.az 

https://stimulxeber.az/manset/43001-talibovlarin-geri-donush-xeyallar-vasif-talibov-itmish-nufuzunu-tiktokda-tapmaga-chalshr.html

adekvat.az

https://adekvat.az/manshet/5873-talibovlarin-geri-donush-xeyallar-vasif-talibov-itmish-nufuzunu-tiktokda-tapmaga-chalshr.html

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: