“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir.
Şirkətdən NUHÇIXAN-a bildiriblər ki, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.
Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.
Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.
Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.