Son on il ərzində Azərbaycanda diri doğulan körpələrin sayı 1 milyon 600 mindən çox olub. 1990-cı illərin sonu ilə müqayisədə dəfələrlə artıq olan bu rəqəm ölkədə demoqrafik göstəricilərin dinamik artım tempi ilə getdiyini deməyə əsas verir.
NUHÇIXAN xəbər verir ki, doğum göstəricilərinin sayı ölüm hallarını 2 dəfə üstələdiyi üçün əhalinin artım indeksi də yüksəkdir. Ölkədə əhalinin sayı il ərzində orta hesabla 1 faiz artır.
Mütəxəssislər doğum sayının artmasının səbəblərini tibb müəssisələrində, xüsusilə uşaq xəstəxanalarında maddi texniki bazanın müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilməsi ilə izah edirlər. Bu isə hamiləlik dövründə diaqnostik müalicələrin dəqiq aparılmasına imkan verir. Tibb müəssisələrinin dərman vasitələri ilə təchizatının yaxşılaşdırılması da diri doğulanların sayının artmasına təsir edən amillərdəndir.
Azərbaycanda artıq dörd ildir ki, doğuşun yeni meyarları tətbiq olunur.