Naxçıvanda ünvanlı dövlət sosial yardımın təyini və ödənişi şəffaflaşdırılıb - VİDEO
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aztəminatlı ailələrin də maddi rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, sağlamlıqlarının qorunması istiqamətində zəruri addımlar atılır. Bu ilin iyul ayında 8022 ailə üzvü ünvanlı dövlət sosial yardımdan bəhrələnib.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: