Qida əlavəsi şəklində qəbul edilən mannoza şəkəri, eyni zamanda, şişlərin böyüməsini dayandırmağa və kimya terapiyasının təsirini gücləndirməyə qadirdir. Bu barədə “Medical Express” bildirir. Bu şəkər müxtəlif onkoloji xəstəliklərdən əziyyət çəkən gəmiricilər üzərində aparılan təcrübələrdə özünü təsdiqləyib. Məlumdur ki, şişlər adi toxumalara nisbətən daha çox şəkər sərf edir. Mannoza qlükozanın maddələr mübadiləsinə qarışmaqla, xərçəng hüceyrələrinin istifadə etdiyi şəkərin həcmini azalda bilər.
Nəticə isə budur: xərçəng hüceyrələrinin “yanacağı” kifayət etmir. Bununla da adi toxumalar əsas enerji mənbəyi olan şəkərin çatışmazlığından əziyyət çəkmirlər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, mannozanın suya əlavə olunması və ya peroral - ağızdan qəbul edilməsi zamanı mədəaltı vəzi, ağciyər və dəri xərçəngi xəstəliklərinin reaksiyası sübut olunub. Yenitörəmələrin inkişaf sürəti azalır və bu, hiss olunmayan kənar təsirlərsiz baş verirdi.
Mütəxəssislər, həmçinin mannozanın kimya terapiyasına olan təsirini yoxlayıblar. Gəmiricilərə tsisplatin və doksorubitsin verilib. Məlum olub ki, mannoza kimya terapiyasının təsirini gücləndirib. Yeri gəlmişkən, şəkəri leykemiya, osteosarkoma toxumalarında, yumurtalıq və bağırsaq xərçəngində də təcrübədən keçiriblər. Bu yanaşma bütün hallarda özünü doğrultmayıb. Mannozanı parçalayan fermentlərin hüceyrələrdə olması müalicənin uğurlu keçməsindən xəbər verir.