Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində növbəti istirahəti təşkil edilib.
Noyabrın 24-25 təşkil olunan növbəti istirahət müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komisiya, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin kollektivləri iştirak ediblər.
İkigünlük istirahət müddətinin ilk günündə qonaqlar nahar fasiləsindən sonra mərkəzin yaşıl örtüklü mini futbol meydançasında futbol, eyni zamanda stolüstü oyunlar oynayıblar. Qonaqlar üçün təşkil edilən çay süfrəsindən sonra axşam saatlarında rayonun müsiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. İstirahət müddətində 59 dövlət qulluqçusu iştirak edib.
Dövlət qulluqçularının istirahəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə həyata keçirilib.
Rəmzi Tahirli