Cəhri qəsəbəsində bol sulu subartezian quyusu - VİDEO
Ötən həftə Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Cəhri qəsəbə sakinləri ilə görüşündə qaldırılan əsas məsələ qəsəbənin içməli su problemi idi.
NUHÇIXAN xəbər verir ki, artıq bu istiqamətdə konkret nəticələr var. Qəsəbə üçün yeni subartezian quyusu qazılıb və yüksək debitlə şirin su çıxarılıb: saatda 30 kub! Artezianın suyu qəsəbənin Lizbirt dərəsi istiqamətində çəkilən yeni su xəttinə birləşdirilərək evlərə paylanılacaq. Bu barədə sabah Ntv-də reportaj yayımlanacaq.