Cəhri qəsəbəsinin su problemi həll olunur - VİDEO
Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Cəhri qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini dinləmişdi. Görüş zamanı qaldırılan əsas məsələlərdən biri də qəsəbənin içməli su problemi idi. Qısa zamanda bu problemin də həlli istiqamətində əməli işlər görülüb, yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: