Şamaxıda dağlıq ərazi yanır

A- A A+

Şamaxıda dağlıq ərazi yanır.

Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: