Azərbaycanda avtomobillə sərnişin və yük daşıyanlar lisenziya deyil, icazə almalı olacaq

A- A A+

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bununla da qanun “Avtomobil nəqliyyatı haqqında” yeni qanuna uyğunlaşdırılıb.

Yenilənmiş qanunla sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənib.

Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar. Həmin icazələr aşağıdakılardır:

-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;

-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsii;

-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsii;

-Taksi sifariş operatoru fəaliyyətinə icazə.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: