İranda saxlanılan Fərid Səfərliyə 2 il həbs cəzası verilib

A- A A+

İranda həbs edilən Fərid Səfərliyə hökm oxunub.

NUHÇIXAN xəbər verir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu barəsində 2 il həbs hökmü çıxarıldığını bildirib.

O bildirib ki, oğlu 2 il müddətinə azadlıqdan məhrum edilib.

D.Əsgərovanın sözlərinə görə, F.Səfərlinin vəkili həmin hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: