Kolanı kəndini əhatə edən bütün yollar yenilənib - VİDEO
Şahbuz rayonunun Kolanı kəndi Naxçıvan-Batabat Avtomobil yolunun üzərində yerləşən, gözəl təbiəti ilə yüksək turizm potensialı olan kəndlərimizdən biridir. Yolun hər iki kənarı boyunca uzanan bu yaşayış məntəqəsi indi inkişafının ən yüksək dövrünü yaşayır desək, yanılmarıq. Çünki bu il Kolanıda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri kəndə yeni görkəm, sakinlərə rahat həyat bəxş edib.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: