“ƏSA” teatrının Naxçıvana qastrol səfəri başlayır - FOTOLAR

308

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inkluziv ƏSA Teatrının kollektivi bugün Naxçıvan şəhərinə qastrol səfərinə yola düşüb.

Teatrın baş meneceri Nicat Qulamın NUHÇIXAN-a verdiyi məlumata görə, noyabrın 29-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Amerikalı yazıçı, nobel mükafatı laureatı Con Steynbekin "Siçanlar və adamlar haqqında" povesti əsasında "Adamlar və siçanlar" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru “ƏSA” teatrının  rəhbəri və baş rejissoru Nihad Qulamzadədir.

Tamaşanın baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaq.

Qeyd edək ki, premyerası 2017-ci il dekabrın 19-da olan tamaşanın maliyyə dəstəkçisi Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: