Səttar Möhbalıyev Naxçıvanda müalicə və istirahət mərkəzlərinin vəziyyəti ilə tanış olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına yeni alınmış "Darıdağ Arsenli Su Müalicə Mərkəzi" MMC və Ağbulaq İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri ilə tanış olunub.
AHİK sədrinin diqqətinə çatdırılıb ki, uzun müddət baxımsız vəziyyətdə olan mərkəzlərdə artıq vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılır.