Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Gülverdi Hüseynov dəfn olunub

A- A A+

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.

NUHÇIXAN-ın məlumatına görə, G.Hüseynov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.

Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: