Daşaltı kəndində itkin düşən və cəsədinin qalıqları 31 il sonra tapılan Şamaxı şəhidi dəfn olunub - FOTOLAR

A- A A+

Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da itkin düşən 1969-cu il 22 sentyabr təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun cəsədinin qalıqları bu gün Şamaxı şəhərinə gətirilib.

NUHÇIXAN xəbər verir ki, şəhidin cənazəsini şəhərin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, qazilər, hərbçilər böyük izdihamla qarşılayıblar.

Sonra mərhumun bir vaxtlar böyüyüb boya-başa çatdığı rayonun Göylər kəndində onunla vida mərasimi təşkil olunub. Cənazə namazından sonra şəhidimiz Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: