Binəqədidə İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanılıb - VİDEO

A- A A+

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, 2 kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri instaqram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov da yaxalanıb. Həmin şəxsin üzərindən satış məqsədilə əldə etdiyi 4 kiloqramdan artıq heroin aşkarlanıb. Rafiq Məmmədov narkotiki “TikTok” sosial şəbəkəsindən “Sərhəd” adı ilə tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiyini qeyd edib.

Saxlanılan şəxslərin hər biri barədə rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: