Naxçıvanda aztəminatlı ailələrə ərzaq yardımı verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “ Ləzzət Qida Sənaye” MMC-nin təşəbbüsü ilə muxtar respublikanın şəhər, qəsəbə və rayonlarında yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edilib.
Aztəminatlı ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Qeyd edək ki, ərzaq yardımları sabah da davam edəcək və ümumilikdə 30 ailə bu yardımlardan bəhrələnəcək.