NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Səfər çərçivəsində Muxtar Babayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Həmçinin bir sıra görüşlərin də keçirilməsi nəzərdə tutulur.