Məktəblilər arasında voleybol yarışı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, M.Seyidov adına 15 №-li tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol birinciliyi keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda iştirak edib. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekun nəticəsində  10 №-li tam orta məktəbin komandası I, 15 №-li tam orta məktəbin komandası II, 1 №-li və 12 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: