Ordubad sakini iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun ona dəyməsi nəticəsində ölüb

A- A A+

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a məlumat verilib.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: