Babək Rayon Xalq Teatrının kollektivi Sədərəkdə qastrol səfərində olub

A- A A+

Sədərək Rayon Mədəniyyət Evində Babək Rayon Xalq Teatrının yazıçı-dramaturq İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanmış tamaşası rayon sakinlərinə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev və musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Seyfi), Stella Babayeva (Səməni), İsmayıl Qurbanov (Əbdülhəsən),  Elsevər Məmmədov (Əlipaşa), Nuray Mehdiyeva (Gülxanım) komik surətləri özünəməxsus xarakterik cizgilərlə yarada biliblər.

Əsərdəki başqa obraz və tipləri xalq teatrının aktyorları Rasim Qasımov (Fəqan), Ələkbər İsmayılov (Mayıl), Billur Vəliyeva (Qəndab), Xanım Nəsirova (Çiçək) canlandırırlar.

Tamaşa Sədərək rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəal seçilən teatr kollektivlərindəndir. Teatr 2009-cu ilin ortalarında yaradılıb. Xalq teatrının hazırladığı “Yollara iz düşür”, “Şeyx Rəhmətulla”, “Ezop”, “Solğun çiçəklər”, “Bəxtsiz cavan”, “Xəcalət”,  “Ana”, “Unuda bilmirəm”, “İkinci səs”, “Yağışdan çıxdıq yağmura düşdük” və başqa tamaşalar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Teatr bir sıra tamaşalarını muxtar respublikanın başqa rayonlarında da göstərib.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: