“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan şəhər Ağsaqqallar Şurasının üzvləri, İcra hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Mədəniyyət İdarəsinin və Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda misilsiz xidmətlər göstərib.

Öz torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır.

Vurğulanıb ki, ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu ulu öndərin irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının bu istiqamətdə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının və yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Tofiq Seyidov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan ağsaqqallarına böyük diqqət və qayğı göstərib. Bu gün ölkəmizdə ağsaqqallara diqqət böyükdür və onlar ölkənin həyatında baş verən proseslərdə fəal iştirak edirlər.

Sonra tədbir iştirakçıları İcra hakimiyyətinin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto sərgiyə baxış keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: