DYP Naxçıvanda atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilir.
NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda keçirilən reydlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə qanuna müvafiq tədbirlər görülməklə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.
Reyd zamanı avtomobildən ixrac olunan zəhərli qazın miqdarı normativ tələblərdən yuxarı olan nəqliyyat vasitələrinin sürücülərinə cərimələr tətbiq olunub. Təmiz hava aylığı çərçivəsində reydlər davam etdiriləcək.