Yaşı 65-dən yuxarı insanların rahat yatmağı üçün ideal otaq temperaturu 20-25 dərəcədir

A- A A+

Aparılan yeni bir araşdırma zamanı ekspert qrupu 65 yaşdan yuxarı 50 nəfərin gecə yuxusunu izləyib. Tədqiqatda sözügedən yaş qruplarının rahat gecə yuxusu yatmaqları üçün otaq temperaturunun vacibliyi müəyyən olunub.

NUHÇIXAN tibbi saytlara istinadla bildirir ki, araşdırmanın nəticəsində ciddi fərqlərin olduğu müəyyən edilib və 20-25 dərəcə otaq temperaturunun 65 yaşdan yuxarı olan şəxslərin düzgün yuxu yatması üçün ideal olduğu ortaya çıxıb. Bundan əlavə, tədqiqat komandası otaq temperaturu 30 dərəcədən yuxarı qalxdıqda yuxu keyfiyyətinin 5-10 faiz azaldığını aşkar edib.

Araşdırma qrupunun rəhbəri Harvard Universitetinin professoru Amir Baniassadi tədqiqat haqda danışıb: “Nəticələr evdə temperatur mühitinin optimallaşdırılması ilə yuxu keyfiyyətinin yaxşılaşdırıla biləcəyini göstərir. Eyni zamanda bu araşdırma isti havaların yaşlı insanların yuxu keyfiyyətinə potensial təsirinin olduğunu sübut edib".

Tədqiqat qrupu gələcək işlərində isti havaların xüsusilə aşağı gəlirli yaşlı insanların yuxu keyfiyyətinə təsirlərini araşdırmağı planlaşdırır.

Qeyd edək ki, araşdırmanın nəticələri “Science of The Total Environment” jurnalında dərc edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: