Bu il meteoroloji müşahidələr tarixində ən isti dövrlərdən biri olacaq.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat noyabrın 29-da Dünya Meteorologiya Xidmətinin 2018-ci ildə iqlimin vəziyyəti barədə dərc olunan ilkin bəyanatına əksini tapıb.
Təşkilatın məlumatına görə, cari ildə uzun vədəli istiləşmə tendensiyası və dünyanın orta temperaturu çox güman ki, müşahidələr tarixində qeydə alınan isti dövrlər arasında dördüncü yeri tutacaq. Müşahidələr tarixinin ən isti 20 ili isə son 22 ilə təsadüf edib.
Məruzədə qeyd olunur ki, ilin ilk on ayında dünyanın orta temperaturu demək olar ki, 1 dərəcə artaraq sənayeləşmədən öncəki baza səviyyəsini keçib. Hazırkı tendensiyanın davam edəcəyi təqdirdə yüzilliyin sonuna qədər havanın hərarəti 3-5 dərəcə qalxa bilər.
Qlobal istiləşmə nəinki buzlaqların əriməsi və dünya okeanının səviyyəsinin qalxması təhlükəsini yaradır. Planetimizdə temperaturun yüksəlməsi ekstremal iqlim dəyişikliyi hallarının artmasına da səbəb olur. Bunun kənd təsərrüfatına təsiri natamam qidalanma probleminin aradan qaldırılması üzrə əldə olunan uğurları minimum həddə endirə bilər.
Dünya Meteorologiya Xidməti vəziyyətin bu cür inkişaf edəcəyi təqdirdə 2019-cu ilin əvvəlkilərdən daha isti keçə biləcəyini də qeyd edib.