Kürdəmirdə güclü zəlzələ olub - YENİLƏNİB

A- A A+

Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb:

"Zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunmuşdur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: