Naxçıvan forum iştirakçılarında xoş təəssürat yaradıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən Türk Şurası Gənc Liderləri Forumunun iştirakçıları sosial şəbəkələrdə Naxçıvanla bağlı təəssüratlarını paylaşıblar. Cənubi Qazaxıstan Vilayətinin gənclər mərkəzinin rəhbəri Bereke Duysebekov öz instaqram səhifəsində muxtar respublikanın tarixi abidələri və insanları ilə bağlı maraqlı fikirlər səsləndirib. “Naxçıvan-Azərbaycanın tərkibində olan və yüksəklikdə yerləşən bir şəhər və eyni adlı muxtar respublikadır. Bu şəhər çox gözəl və təmizdir. Buranın insanları xoşniyyətli, şirindilli və qonaqpərvərdir. Burada zəngin abidələr var. Bir şey nəzərimdən qaçmadı- naxçıvanlılar bütün dillərdə danışmağı bacarırlar. Amma onlara sanki heç kim dil çatdıra bilmir. Bizim səfərimiz çox zəngindir. Muzeylər, tarixi yerlər və abidələri gəzdik”- yazan qazaxıstanlı gənc öz səhifəsində gəzdiyi yerlərlə bağlı fotolar və videomateriallar yerləşdirib.
Forum iştirakçısı olan türkiyəli gənc Uğur Yılmaz da facebook və instaqram səhifəsində Naxçıvanla bağlı fotolar paylaşıb. Bu fotolarda türk gəncləri arasında keçirilən futbol yarışı və muzeyləri ziyarətlə bağlı məqamlar yer alıb. Uğur Yılmaz facebook səhifəsində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu ilə bağlı mətbuatda gedən rəsmi yazıların linklərini də verib.
Türkiyəli gənc Camal Atakan Parlak da öz facebook səhifəsində Naxçıvanda iştirak etdiyi Forumdan xatirə fotolar yerləşdirib.