Naxçıvanda daha bir tikinti rəzaləti - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Naxçıvanda daha bir məktəbin qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Belə ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binasında qəzalı vəziyyət aşkarlandığından müvafiq təmir işlərinə başlanılıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: