Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 374 doza vaksin vurulub

A- A A+

Avqustun 28-dən sentyabrın 3-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 374 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 228, ikinci doza vaksinlərin sayı 39, üç və daha çox doza vaksinlərin sayı 95, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 969 min 301, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 402, ikinci mərhələ üzrə 4 milyon 884 min 353, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 147, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 399-dur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: