NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda “Azərbaycanda islami dəyərlərin yaşadılması və multikulturalizm” mövzusunda tədbir keçirilib
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, multikulturalizm və dini məsələlər üzrə komissiyanın sədri Səriyyə Qurbanova Kəngərli rayonunda multikulturalizmlə bağlı görülən işlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da multikultural dəyərlər yaşadılır və təbliğ olunur. Milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət din münasibətləri inkişaf etdirilir. Dini mərasimlər islami qaydalara uyğun keçirilir. Vurğulanıb ki, muxtar respublikada dini etiqad azadlığından və multikultural mühitdən sui-istifadə halları yoxdur.
Tədbirdə multikulturalizm və dini məsələlər üzrə komissiyanın üzvləri- müxtəlif mövzularında çıxış ediblər.
Turab Hacızadə