Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb - FOTOLAR
Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225 mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.
Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.