Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı test imtahanının nəticələri elan olunub

A- A A+

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olunmaq istəyən namizədlər üçün “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq, test imtahanı keçirilib. Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə  581 müraciət daxil olub və onlardan 449 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 449 namizəddən 9 nəfər imtahana gəlməyib, 97 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilib.(https://bit.ly/48bfyrZ)

Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: