Naxçıvanda yağışlı hava şəraiti yol qəzasına səbəb olub, ölən və xəsarət alan var - FOTOLAR

A- A A+

Naxçıvanda ağır yol qəzası olub, ölən və xəsarət alan var.

NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunda, Babək rayonunun Şıxmahmud kəndində qeydə alınıb.

Belə ki, 67-BE-675 dövlət nömrə nişanlı "Hyundai İX35" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü - Babək rayon Cəhri qəsəbə sakini Vəliyev Telman Yunis oğlu ağır xəsarət alıb. Onun həyat yoldaşı Vəliyeva Südabə Kazım qızı isə hadisə yerində ölüb.

Qəzanın yağışlı hava şəraiti ucbatından baş verdiyi bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: