Qafqazda Ermənistan adında dövlət olmayıb

A- A A+

Şimali Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi layihəsi  hələ 1827-ci ildə hazırlanmışdı. XX  əsrin əvvəllərində müstəmləkəçi  məqsədlərinin həyata keçirilməsi üçün  ermənilərin şimali  Azərbaycana köçürülməsi ilə Rusiya hökuməti  tarix boyu  dövlətçiliyi olmayan bir millətin  tarixi  Azərbaycan torpaqlarında erməni dövlətçiliyini  yaratmağa başladı. Beləliklə, 1918-ci ilin may ayında qədim Azərbaycan ərazisində Erməni daşnak dövləti, 1920-ci il noyabrın 29-da isə bolşeviklərin zor-gücü ilə “Ermənistan SSR” yaradıldı. Heç bir zaman dövlətçiliyi olmayan, indi isə erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq ermənilərin dövlət yaratmağa çalışması nəticəsində havadarlarının  müstəqil Ermənistan yaratmaq qərarı qəribə də olsa həyata keçdi.

Qafqazda – Azərbaycan xanlıqlarının ərazisində uydurma “qədim erməni tarixini” yazmağa başladılar. Məhz bu dövrdə ermənilərin “Qafqazın qədim yerli əhalisi” olması barədə tarixi konsepsiya uyduruldu və bunun ardınca  Azərbaycan torpaqlarındakı  müsəlman tarixi abidələrinin kütləvi şəkildə məhvinə başlanıldı.

Yaradıldığı gündən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan, havadarlarının köməyi ilə ərazilərini xeyli genişləndirdi. Erməni daşnakları Azərbaycan torpaqlarının hesabına ərazilərini 1920-ci ildə 29,8 min kvadrat km-ə çatdırdı. Torpaq iştahası, müntəzəm qamarlama hərisliyi ermənilərin gözlərini elə örtmüşdür ki, daşnaklar tarixin hər bir anından bu məkrli siyasəti həyata keçirmək üçün çox hiyləgərliklə istifadə edirdilər. Belə ki, 1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi. Bununla yanaşı, 1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsi də Ermənistana bağışlandı və burada Dilican qəzası yaradıldı.. 1929-cu ildə Naxçıvan MSSR-in on bir yaşayış məntəqəsini əhatə edən 657 kv. km ərazi Ermənistan SSR-yə verildi. Yenə həmin ildə Zəngilan rayonunun üç kəndi Ermənistana “bağışlandı” və burada Mehri rayonu təşkil olundu, nəticədə Naxçıvanı Azərbaycandan ayıran dəhliz yarandı.

Qədim Azərbaycan torpaqlarında dövlətlərini yaradan ermənilər bu ərazilərin köklü sakinləri və sahibləri olan azərbaycanlıları öz tarixi ərazilərindən çıxararaq, onları 1918-1920,1948-1953 və 1988-1992-ci illərdə deportasiya ediblər.

Sonrakı illərdə də, ermənilərin torpaq iddiaları davam edib və rus havadarlarının yardımı ilə Azərbaycan ərazisinə hərbi müdaxilə edərək torpaqlarımızın 20 faizi işğal edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində isə Avropa dövlətləri sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, əməldə bununla bağlı heç nə etmirlər. Onların Ermənistana maddi, maliyyə və hərbi yardımları hələ də davam edir. Bu isə Avropanın münaqişələrə yanaşmada ikili standartlar siyasətini ortaya qoyur. 

Ermənistanın təcavüzkar siyasəti və  Azərbaycanla yanaşı, mütəmadi olaraq Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən və layihələrdən kənarda qalıb.

Bu gün hər bir azərbaycanlı ermənilərin işğal etdikləri  bizim torpaqlarda “müvəqqəti qonaq”-lar olduqlarını bilir və artıq bu qonaqların qırmızı xətti keçdiklərini çox gözəl başa düşürlər. Buna görə də işğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməsələr və xəstə ideyaları olan “Böyük Ermənistan” sayıqlamaları və saxta erməni soyqırımı nağılından əl çəkməsələr gələcəkdə böyük bir faciə ilə qarşılaşmaları qaçılmazdır.

Ermənilərin işğalçı və təcavüzkar siyasəti onların həyat tərzi və tarixi xəstəlikləridir. Türk düşmənçiliyi isə nəsildən-nəsilə ötürülən “mirasdır”. Onların “azadlıq fədaisi” hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır: “Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə, eybi yoxdur, ilandır... Lakin Türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqının düşmənisən, sən erməni deyilsən.”

Bəli belə yerdə isə alman filosofu  Fridrix Engelsin yazdıqları yada düşür: “Bəşəriyyətə ilk əxlaqsızlığı  yayan ermənilərdir”. Və əlbəttə ki belə əqidənin və əməlin sahibi olan xalqın şovinist nümayəndələrindən nə cür mənfur iş desən gözləmək olar…

Əlövsət Hüseynquliyev

        AŞPA-nın üzvü statusuna malik olan

Beynəlxalq  Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: