Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvanda səfərdədir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və nümayəndə heyəti sentyabrın 14-də Naxçıvana səfərə gəliblər.

Səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Səfər çərçivəsində ədliyyə naziri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Həmçinin gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: