NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib.
Hərracda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Əlincəçay" çınqıl-qum qarışığı yatağında 6,9 ha sahə satışa çıxarılıb.
Çınqıl-qum yatağı “Arkoz inşaat” şirkəti tərəfindən 34 min 500 manata alınıb.
Qeyd edək ki, yatağın istismar müddəti 20 ilədəkdir.